Modern.az

İlham Əliyev Azərbaycana dəstəyə görə daha 2 ölkə liderlərinə təşəkkür edib 

İlham Əliyev Azərbaycana dəstəyə görə daha 2 ölkə liderlərinə təşəkkür edib 

Ölkə

Bu gün, 10:24

Prezident İlham Əliyev İran İslam Respublikasının Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana qarşı həyata keçirdiyi dron hücumlarını pisləyən bir sıra ölkə liderlərinə minnətdarlığını ifadə edib.

Modern.az xəbər verir ki, Prezidentin təşəkkür ismarıcları İlham Əliyevin X hesabında paylaşılıb. 
Prezident Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını aşağıdakı kimi bildirib:

“Naxçıvana İran dövləti tərəfindən həyata keçirilən hücumları qınadığına və Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə öz minnətdarlığımı bildirirəm”.

Slovakiya Prezidentinə təşəkkür mesajında deyilir:

“Naxçıvanda mülki infrastruktura İran İslam Respublikası tərəfindən son vaxtlar həyata keçirilən dron hücumlarından sonra nümayiş etdirdiyi prinsipial mövqe və həmrəyliyə görə Slovakiya Prezidenti Peter Pelleqriniyə səmimi minnətdarlığımı bildirirəm.

Azərbaycanın Tehrandan Slovakiya diplomatik heyətinin təxliyəsində dərhal göstərdiyi dəstək ölkələrimiz arasında yüksək səviyyəli və strateji münasibətlərin bariz nümunəsi olmaqla yanaşı, beynəlxalq əməkdaşlığa sadiqliyimizin də ifadəsidir”.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV