Modern.az

Ən çox yağıntı Astaraya düşüb

Ən çox yağıntı Astaraya düşüb

Ölkə

Bu gün, 12:56

Azərbaycanda ötən həftə Astara 25 mm yağış qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həftəlik icmalında bildirilib.

Həmin dövrdə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 14 dərəcə olub. Bölgələrdə isə ən yüksək temperatur Yevlaxda (17 dərəcə) olub.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, dağlıq ərazilərdə isə Şahdağda 20 m/s-yə çatıb.

Qarın hündürlüyü isə Şahbuz rayonunun Biçənək ərazisində 44 sm-ə çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada