Modern.az

Həcc üçün qeydiyyat yenə uzadıldı

Həcc üçün qeydiyyat yenə uzadıldı

Ölkə

Bu gün, 11:22

Həcc ziyarəti üçün kvotanın 90 faizindən çoxu tamamlanıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Bildirilib ki, sənəd qəbulu QMİ tərəfindən bayramdan sonra da davam etdiriləcək.

Qeyd edilib ki, Həcc niyyətli olan vətəndaşlarımızdan yubanmadan gəlib qeydiyyata alınmaqları xahiş edilir.

Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları (10 370 manat) müəyyən edib.

Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:

1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

2) Şəxsiyyət vəsiqəsinin surəti;

3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4) Sağlamlıq haqqında arayış.

Məlumat üçün bildirək ki, Həcc ziyarətinə getmək istəyənlərin sənəd qəbulu 22 oktyabr 2025-ci il tarixindən etibarən başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı