Modern.az

Paytaxtda Novruz şənliyindən FOTOLAR

Paytaxtda Novruz şənliyindən FOTOLAR

Ölkə

Bu gün, 12:37

Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən və ötən il istifadəyə verilən yeni istirahət parkında Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsi “Regional İnkişaf” İctimai Birliyi ilə birgə “Ruhumuza bahar gəlir” adlı Novruz şənliyi təşkil edilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Modernaz-a verilən xəbərə görə, parkda xalq tətbiqi sənət nümunələrinin təbliğ edildiyi çadırlar quraşdırılıb.

Tədbirdə əllərində dövlət bayraqları olan milli geyimli atlılar, dəvələrin, ponilərin müşayəti ilə Kosa, Keçəl, Bahar qızı, nağaraçılar, jonqlyorlar, pəhləvanlar və çalğıçılar iştirak ediblər.

Tədbir zamanı mərkəzdə quraşdırılan səhnədə populyar incəsənət nümayəndələri ilə yanaşı rəqs kollektivləri çıxış edib, kəndirbazlar öz məharətlərini göstərib, idman meydançasında zorxana, güləş, kəndirdartma, gimnastika üzrə nümunəvi çıxışlar olub.

Eyni zamanda çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçirilib, iştirakçılara paxlava, çay təqdim olunub. Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib, Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı