Modern.az

Bu gün Azərbaycanda təbiət hadisəsi BAŞ VERƏCƏK

Bu gün Azərbaycanda təbiət hadisəsi BAŞ VERƏCƏK

Ölkə

Bu gün, 09:25

Bu gün - martın 20-də Azərbaycana yaz fəsli başlayacaq.

Modern.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə, yaz fəslinin Azərbaycana gəlişi saat 18:45:53-ə təsadüf edəcək. Bu il yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

Azərbaycanda yaz fəslinin başlanması ilə əlaqədar həm də təbiət hadisəsi baş verəcək - bu zaman gecə ilə gündüz bərabərləşəcək. Yəni gecə ilə gündüz sutkanı yarıbayarıya - hər birinə 12 saat olmaqla - böləcək.

Sabahdan etibarən isə gündüz tədricən uzanmağa, gecə isə qısalmağa başlayacaq. Bu proses düz iyun ayının 22-dək davam edəcək. Məhz 22 iyunda gündüz ən uzun, gecə isə ən qısa vaxta malik olacaq. Ondan sonra gündüz tədricən qısalmağa, gecə isə uzanmağa başlayacaq ki, həmin proses nəticəsində də sonda payız gecə-gündüz bərabərliyi baş verəcək.

Bu il sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də isə Azərbaycanda payız fəsli başlayacaq. Həmin an payız gecə-gündüz bərabərliyi hadisəsi yaşanacaq.

Gecə-gündüzün bərabərliyi (və ya ekinoks) - gecə və gündüzün bərabər olduğu, Günəş şüalarının ekvatora dik şəkildə düşməsi nəticəsində şüaların çevrənin qütblərdən keçdiyi andır. İldə iki dəfə təkrarlanır - yaz gecə-gündüz bərabərliyi və payız gecə-gündüz bərabərliyi.

Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı