Modern.az

Ağdaşda avtomobil aşıb, ölən var

Ağdaşda avtomobil aşıb, ölən var

Ölkə

Bu gün, 00:10

Ağdaşda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Hadisə axşam saatlarında rayonun Yuxarı Nemətabad kəndi ərazisində qeydə alınıb.

Modern.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 31 yaşlı Elvin Məmmədov xəsarət alıb, sərnişin – 37 yaşlı Anar Məmmədov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

(AZƏRTAC)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı