Modern.az

Avtomobil 49 yaşlı piyadanı öldürdü

Avtomobil 49 yaşlı piyadanı öldürdü

Ölkə

Bu gün, 21:04

Cəlilabadda qəzada piyada ölüb.

Modern.az xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.

Cəlilabad rayon sakini 29 yaşlı Məhəmməd Hüseynov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olarkən piyada 49 yaşlı Ceyhun Rzayevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

(APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı