Modern.az

Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI

Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI

Ölkə

Bu gün, 15:49

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi əhaliyə xəbərdarlıq edib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, 2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək. 

"Səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - Nazirliyin məlumatında deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı