Modern.az

Azərbaycandan Ermənistana növbəti məhsul yola salınır

Azərbaycandan Ermənistana növbəti məhsul yola salınır

Ölkə

Bu gün, 10:04

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək.

Modern.az xəbər verir ki, bu gün 5 vaqon buğda Ermənistana yola salınacaq.

Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək, daha sonra Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, Azərbaycandan tranzit keçməklə Ermənistana mütəmadi olaraq taxıl, gübrə və digər məhsullar göndərilir. Sonuncu dəfə, martın 19-da Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 488 ton Rusiya taxılı göndərilib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV