Modern.az

Bakının girişində süni tıxac yaratdılar - FOTOFAKT

Bakının girişində süni tıxac yaratdılar - FOTOFAKT

Ölkə

Bu gün, 12:11

Bakının giriş istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Modern.az -a verilən məlumata görə, sıxlığın səbəbi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən gündüz saatlarında aparılan təmir işləridir.

Belə ki, “Sədərək” Ticarət Mərkəzi istiqamətindən şəhər mərkəzinə doğru hərəkət edən avtomobillərin sıxlığı müşahidə olunur. Təmir işləri səbəbindən yolda hərəkət məhdudlaşıb və bu da uzun tıxaclara gətirib çıxarıb.

Sürücülər qeyd edirlər ki, günün pik saatlarında aparılan yol işləri nəqliyyatın hərəkətini daha da çətinləşdirir.

Hazırda ərazidə sıxlıq davam edir.

1509160

1509161

1509162

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV