İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin yük qatarı axşam saatlarında “Azərbaycan Dəmir Yolları” QSC-nin "Astara" stansiyasına daxil olub.
Modern.az xəbər verir ki, əsasən tibbi vasitələrindən ibarət olan humanitar yükün ümumi çəkisi 300 tondan çoxdur. Yükün daha sonra İran ərazisində təyinat nöqtəsinə avtomobil nəqliyyatı ilə çatdırılması planlaşdırılır.
(AZƏRTAC)