Bakıda yağan intensiv yağışlar bəzi ərazilərdə problemlər yaradıb.
Modern.az-ın məlumatına görə, Sulutəpə qəsəbəsində Pənahabad küçəsi, Masazır kəndi, Biləcəri qəsəbəsi, Xırdalan şəhəri və Qobu–Hökməli yolu istiqamətində vəziyyət çətinləşib.
Həmin ərazilərdə yolların bir hissəsini su basıb, bu da nəqliyyatın hərəkətinə təsir göstərib. Bəzi yerlərdə avtomobillərin hərəkətində çətinliklər müşahidə olunur.