Modern.az

Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI

Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI

Ölkə

Bu gün, 17:30

"Bakıda və Abşeron yarımadasında yağıntıların martın 28-də də gün ərzində davam edəcəyi, bəzi ərazilərdə isə intensiv xarakter alacağı gözlənilir".

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, bu gün paytaxt Bakıda, Abşeron yarımadasında və eyni zamanda bölgələrdə intensiv xarakterli yağıntılar müşahidə olunur.

G.Məmmədova əlavə edib ki, yağıntıların 29-u gündüz saatlarından etibarən tədricən kəsiləcəyi proqnozlaşdırılır:

"Güclü yağıntılarla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində su basma hallarının olması istisna edilmir. Bölgələrdə də hazırda intensiv yağışlar müşahidə olunur. Dağlıq ərazilərdə - Qrız, Xınalıq və Şahdağ istiqamətlərində qar yağır. Ümumilikdə, 31-dək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olacaq. Xüsusilə şərq rayonlarında yağıntıların daha da güclənəcəyi ehtimal olunur. 31-i gündüz saatlarından isə yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır", - deyə direktor qeyd edib .

Whatsapp
Bizə yazın!
Keçid et
İran generallarını tələyə saldılar - Şoka salan KÜTLƏVİ ÖLÜM