Modern.az

BŞİH gücləndirilmiş iş rejimində çalışır

BŞİH gücləndirilmiş iş rejimində çalışır

Ölkə

Bu gün, 20:23

Bu gün səhər saatlarından etibarən Baki şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaradıb. Nəticədə bəzi ərazilərdə subasma halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir. Aidiyyatı qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
İran generallarını tələyə saldılar - Şoka salan KÜTLƏVİ ÖLÜM