İntensiv yağıntılar zamanı yağış sularının ətrafa toplanması halı müəyyən ərazilər üzrə müşahidə edilir.
Modern.az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.
Bildirilib ki, drenaj sistemlərinin olmadığı yollarda ərazilərdə yağış suları tullantı su xətlərinə yönləndirilir.
“Bu hal isə kanalizasiya şəbəkələrinin artıq yüklənməsinə və suların daşınmasında maneələrin yaranmasına səbəb olur. Həmçinin elə ərazilər də var ki, orada iri mərkəzləşmiş içməli və tullantı su şəbəkələri mövcud deyil. Bu kimi ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Tullantı su şəbəkəsi mövcud olmayan ərazilərə müvafiq sukanal idarələrinin qəza briqadaları cəlb edilərək ərazilərdə toplanan yağış sularını istismar qaydalarının mümkün şərtləri çərçivəsində idarə edirlər. Həmçinin mütəmadi olaraq tullantı və yağış xətlərində monitorinqlər aparılır. Yağış kollektor quyularına, daşıyıcı xətlərə ayrı-ayrılıqda baxış keçirilir. Tutulmalar müşahidə olunan xətlərdə texnikalar vasitəsilə yuyulma işləri icra olunur.