Futbol üzrə Azərbaycan milli komandasının paltardəyişmə otağını su basıb.
Modern.az xəbər verir ki, gün ərzində yağan intensiv yağış Sumqayıtdakı Mehdi Hüseynzadə stadionundakı soyunub-geyinmə otağını yararsız hala salıb.
Oyunçular formalarını götürmək üçün otaqda yaranan gölməçəni keçmək məcburiyyətində qalıblar.
Qeyd edək ki, matç millimizin 6:1 hesablı qələbəsi ilə başa çatıb.