Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.
FHN-dən Modern.az-a verilən xəbərə görə, görülmüş tədbirlər nəticəsində ümumilikdə 278 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
***
10:45
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə fasiləsiz olaraq davam etdirilib.
FHN-dən Modern.az-a verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
"Təxliyə edilənlərdən 36-sı azyaşlıdır",- məlumatda bildirilib.