Modern.az

Sarvan Cəfərov və Vüsal Nəsirli vəzifələrindən çıxarıldı

Sarvan Cəfərov və Vüsal Nəsirli vəzifələrindən çıxarıldı

Ölkə

Bu gün, 13:30

Xüsusi nümayəndəliklərin Müşahidə Şurasının üzvləri dəyişdirilib. 

Modern.az-ın məlumatına görə, Sarvan Cəfərov Ağdam, Füzuli və Xocavənd, həmçinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında fəaliyyət göstərən “Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslərin Müşahidə Şuralarından çıxarılıb, onun yerinə Seymur Səfərli təyin olunub. Eyni dəyişiklik Laçın rayonu, eləcə də Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları və Kəlbəcər rayonu üzrə qurumlarda da tətbiq edilib.

Bundan başqa, Vüsal Nəsirli Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xidmətin Müşahidə Şurasından çıxarılıb, onun yerinə Rəşad Mustafayev gətirilib. Həmçinin Nəsirli Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasından da çıxarılıb və bu vəzifəyə də Rəşad Mustafayev təyin edilib.

Qeyd edək ki, Sarvan Cəfərov bu ilin yanvarın 26-da  kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad olunub.  Vüsal Nəsirli isə ötən ay əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib. Müşahidə Şurasının yeni üzvləri Seymur Səfərli kənd təsərrüfatı nazirinin müavini, Rəşad Musayev isə Anar Əliyevin müavindir.

Sizə yeni x var
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB