Modern.az

Lələtəpə fatehi Şükür Həmidovun doğum günüdür

Lələtəpə fatehi Şükür Həmidovun doğum günüdür

Ölkə

Bu gün, 13:03

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun doğum günüdür. 

Modern.az xəbər verir ki, Şükür Həmidov 1 aprel 1975-ci ildə Qubadlının Armudluq kəndində dünyaya göz açıb. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azadlığı uğrunda göstərdiyi şücaət onun adını qəhrəmanlıq salnaməsinə yazıb. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə o, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

2020-ci ilin 22 oktyabrında isə Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Zəfər” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Lələtəpə əməliyyatındakı igidliyinə görə vaxtından əvvəl polkovnik rütbəsi alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!