Modern.az

Rəsmi Moskva Azərbaycana təşəkkür etdi

Rəsmi Moskva Azərbaycana təşəkkür etdi

Ölkə

Bu gün, 16:12

Rusiya tərəfi İrana humanitar yardımın çatdırılmasında göstərdiyi köməyə görə Azərbaycan hakimiyyətinə minnətdarlığını bildirib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, martın 27-də İran-Azərbaycan sərhədində - Astarada ikinci böyük tibbi ləvazimat partiyası təhvil verilib: dəmir yolu ilə 300 tondan çox medikament, Dağıstan Respublikası tərəfindən toplanan və karvanla çatdırılan təxminən 150 ton humanitar yardım çatdırılıb.

Zaxarova qeyd edib: “Biz Azərbaycan hakimiyyətinə göstərilən köməyə görə minnətdarıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!