Modern.az

Eldar Əzizov Ramanada subasmadan zərərçəkənlərlə görüşdü - FOTO

Eldar Əzizov Ramanada subasmadan zərərçəkənlərlə görüşdü - FOTO

Ölkə

Bu gün, 19:07

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ramana qəsəbəsində olub.

Modern.az xəbər verir ki, o, bir neçə gün yağan intensiv yağışlar nəticəsində subasmadan zərər çəkmiş ərazilərə birbaşa baxış keçirib və orada yaşayan sakinlərlə görüşüb, həmçinin aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Görüş zamanı Eldar Əzizov sakinlərin problemlərini də dinləyib.

Sakinlər öz növbəsində görüşün təşkilinə görə minnətdarlıq ediblər. Eyni zamanda, onlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətindən narazılıqlarını açıq şəkildə bildiriblər. Sakinlər Agentlik tərəfindən bu problemlərə yetərli diqqət yetirilmədiyini və bərpa işlərinin zəif aparıldığını qeyd ediblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!