Modern.az

Cevdet Yılmaz Azərbaycana gəlib-YENİLƏNİB

Cevdet Yılmaz Azərbaycana gəlib-YENİLƏNİB

Ölkə

Bu gün, 00:42

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz aprelin 2-də Azərbaycana səfərə gəlib.

Modern.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

***

00:19

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz sabah Azərbaycana rəsmi səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyənin vitse-prezidenti aprelin 2-də Bakıda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak edəcək.

Cevdet Yılmaz Heydər Əliyev Mədəniyyət Mərkəzini ziyarət edəcək və daha sonra Azərbaycan Milli Xalça Muzeyində olacaq. Türkiyənin Viste-prezidentinin Azərbaycanın Baş naziri Əli Əsədovla və digər şəxslərlə görüşü planlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!