Modern.az

Gürcüstanda azərbaycanlı gənc öldürüldü

Gürcüstanda azərbaycanlı gənc öldürüldü

Ölkə

Bu gün, 20:34

Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gəncin qətlə yetirilməsi faktı qeydə alınıb.

Modern.az xəbər verir ki, 20 yaşlı Ümid Bayramov naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbi hələlik məlum deyil. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə istintaq aparıldığını bildirib. Qeyd edək ki, Ümid Bayramov bir neçə gün əvvəl ailə həyatı qurub və hadisənin toy mərasimində baş verən mübahisə ilə bağlı olduğu ehtimal edilir.

(APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan Putinə susdurucu Qarabağ cavabı - Bu torpaq Azərbaycanındır