2 aprel Dünya Autizm Maarifləndirmə Günüdür.
Modern.az xəbər verir ki, bu günün qeyd edilməsində məqsəd əhali arasında autizm haqqında maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. Həmin gün dünyanın müxtəlif ölkələrində binalar autizmi simvolizə edən mavi rənglə işıqlandırılaraq bu tarixin Dünya Autizm Maarifləndirmə Günü olduğunu insanlara çatdırır.
Paytaxt Bakıda da bu günlə əlaqədar olaraq məşhur tikililər mavi rəngə boyanıb. Saat 20:00-da "SOCAR Tower", Qız qalası, "Dəniz Mall" kimi bir sıra binaların işıqlandırılması ilə autizmli şəxslərə dəstək nümayiş olunub.
(PhotoStock)