Modern.az

Heç kimin yadından çıxmamışam - Novruz Məmmədov

Heç kimin yadından çıxmamışam - Novruz Məmmədov

Ölkə

Bu gün, 12:13

"Səhhətim çox qaydasındadır, kitablarımla məşğulam".

Bunu Modern.az-a açıqlamasında sabiq Baş nazir, Azərbaycan Dillər Universitetində müəllimlik fəaliyyətinə son qoyan Novruz Məmmədov deyib:

“Bu yaxınlarda ad günüm idi. Evdə, ailəmlə birlikdə keçirdik. Qaldı ki, səhhətimə hər şey qaydasındadır. Doğum günümə görə də zəng edənlər çox oldu, heç kimin yadından çıxmamışam”, – deyə o bildirib. 

“Elə evdə kitablarımla məşğulam. Bu yaşda da yazıram, oxuyuram”, – o vurğulayıb.

N.Məmmədov onu da əlavə edib ki, hazırda Bakıdakı evində, səs-küydən uzaqda yaşayır. 

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı