Sosial Tədqiqatlar Mərkəzinin keçmiş əməkdaşı İlyas Hüseynova yüksək vəzifə verilib.
Modern.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
İ. Hüseynov bundan sonda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının əmri ilə Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri vəzifəsinə təyin edilib.
İlyas Hüseynov Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində bakalavr, Bakı Avrasiya Universitetində regionşünaslıq və iqtisadiyyat fakültəsinin regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisası üzrə magistr təhsili alıb və bu ixtisası fərqlənmə diplomu ilə bitirib. O Bakı Slavyan Universitetində beynəlxalq münasibətlər istiqaməti üzrə doktorantura təhsili alıb və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Beynəlxalq münasibətlər” ixtisası üzrə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.