2026-cı ilin yanvar-mart aylarında ölümündən sonra orqanlarını bağışlamaq 200 nəfər könüllü qeydiyyatdan keçib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə ölümündən sonra orqan donoru olmaq üçün könüllü şəkildə qeydiyyatdan keçən şəxslərin sayı təxminən 1400 nəfərə yaxındır.
Qurumdan qeyd olunub ki, indiyədək meyit donorlardan ümumilikdə təxminən 70 orqan köçürülüb.