Modern.az

Qızılgüllərə verilən məşhur azərbaycanlıların adları: Deputatlar, akademiklər...

Qızılgüllərə verilən məşhur azərbaycanlıların adları: Deputatlar, akademiklər...

Ölkə

Bu gün, 14:11

7 azərbaycanlının adına qızılgül sortu var. 

Bu haqda Modern.az-ın sorğusuna cavab olaraq AMEA-nın Mərkəzi Nəbatat Bağından məlumat verilib. 

Adı qızılgüllərə verilən akademiklərin 2-si hazırda yaşayır. Onlardan biri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovdur. 

Deputatın adını daşıyan qızlgül 2015-ci ildən yetişdirilir. Belə ki, 2015-ci ildə AMEA Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasında seleksiya və hibridləşmə üsulu ilə yaradılan qızılgülün yeni sortuna "Akademik Əhliman Əmiraslanov" adı verilib.

Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, geoloq akademik Akif Əlizadənin də adı bu gün Nəbatət Bağında saxlanılan yeni qızılgül sortuna verilib. 

Seleksiya yolu ilə yaradılan daha 3 qızılgül akademiklərin adını daşıyır. 

Onlardan biri Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III və IV çağırışlarının deputatı olmuş mərhum Cəlal Əliyevdir. 

Adının qızılgülə verildiyi digər akademik isə Həsən Əliyev olub. Torpaqşünas alim 1957-ci ildə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərkibində Meşə torpaqları laboratoriyası təşkil etmiş və 35 ilə qədər bu şöbənin rəhbəri olmuşdur. O, 1968-ci ildən 1987-ci ilə kimi Azərbaycan Milli Elmlər Akademiyasının geniş elmi profilli iri institutlarından birinə Coğrafiya İnstitutuna başçılıq etmişdi.

Botanik, Azərbaycan ictimai-siyasi xadimi, 1954-1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, biologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik İmam Mustafayevin də adı Azərbaycanda yardılan qızılgülün yeni sortuna verilib. 

Akademiklərdən əlavə general Kərim KərimovNizami Gəncəvinin də adına qızılgül sortları yaradılıb. Həmin güllər hazırda da Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilən Nəbatət Bağında yetişdirilir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı