Modern.az

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkdi - Həbs edildi

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkdi - Həbs edildi

Ölkə

4 Aprel 2026, 21:24

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı həbs edilib.

Modern.az APA-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində istintaq orqanının təqdimatı təmin olunub.

Qərara əsasən, Belarus vətəndaşı, ADA Universitetində təhsil alan 20 yaşlı A.S. barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.t

Əməli törədən şəxslərin 2009-cu ildə Bakıda anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi B.M., 2010-cu ildə Bakıda anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi M.L., 2010-cu ildə Bakıda anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Q.Ş. və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi A.S. olduğu müəyyənləşib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı