Modern.az

Qusar sakini "vikinq" çıxdı - MARAQLI

Qusar sakini "vikinq" çıxdı - MARAQLI

Ölkə

Bu gün, 17:57

Azərbaycanda aparılan genetik araşdırma maraqlı nəticə ortaya qoyub. Belə ki, Qusar rayonunun Laza kəndindən olan bir şəxsin Y-xromosom nəticəsi İ1 haploqrupunun Y3866 subkladı kimi müəyyən edilib.

Layihənin admini, genetik-tədqiqatçı Orxan Xansuvarın Modern.az-a verdiyi məlumata görə, bu genetik qolun mənşəyi Şimali Avropaya gedib çıxır və təxminən 4100 illik tarixə malikdir.

Araşdırmaya əsasən, sözügedən subklad əsasən vikinqlərlə əlaqələndirilir. Belə ki, bu genetik xəttə aid ən qədim nümunələr Norveçin Troms bölgəsində, Qrenlandiyanın Kujallaq ərazisində, həmçinin İsveçdə müxtəlif qədim yaşayış yerlərində aşkar olunub. Bundan əlavə, Rusiya və Ukraynada tapılmış bir neçə vikinqlərə aid skelet nümunələrində də eyni genetik izə rast gəlinib.

Mütəxəssislər bildirir ki, bu subklad hazırda Avropada – xüsusilə İspaniya (katalanlar), Almaniya və İsveçdə geniş yayılıb və tamamilə Skandinaviya mənşəli hesab olunur.

Tarixi məlumatlara görə, Qusarın Laza kəndinin bir hissə əhalisi sonradan Qəbələ rayonunun Laza kəndinə köç edib. Kəndin əhalisi etnik baxımdan ləzgilərdən ibarətdir.

Araşdırma müəllifinin qənaətinə görə, bu nəticə həmin bölgədə yaşayan bəzi nəsillərin ulu əcdadlarının Şimali Avropa, xüsusilə vikinqlərlə bağlı ola biləcəyini göstərir.

Qeyd edək ki, bu nəticələr fərdi genetik analizə əsaslanır və geniş populyasiya üzrə ümumiləşdirmə aparmaq üçün əlavə tədqiqatlara ehtiyac var.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada