Modern.az

Azərbaycan Fransız vətəndaşlarının İrandan çıxarılmasında mühüm rol oynadı

Azərbaycan Fransız vətəndaşlarının İrandan çıxarılmasında mühüm rol oynadı

Ölkə

Bu gün, 20:50

İranda casusluqda ittiham edilərək məhkum olunmuş Fransa vətəndaşları Sesil Koler və Jak Parinin evakuasiyası xüsusi plan əsasında həyata keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Fransanın kəşfiyyat dairələrinə yaxınlığı ilə tanınan "Intelligence Online" nəşri məlumat yayıb.

Bildirilib ki, əməliyyatda əsas rollardan birini Azərbaycan oynayıb. Belə ki, fransız vətəndaşların tranzit mərhələsində təhlükəsiz keçidi məhz Azərbaycanın dəstəyi ilə təmin olunub. Nəşrin məlumatına görə, rəsmi Bakı Fransa tərəfi ilə koordinasiyada aktiv iştirak edib.

Məlumata əsasən, Koler və Pari Tehrandakı Fransa səfirliyindən çıxaraq İranın şimal istiqamətində hərəkət ediblər. Onlar Azərbaycan sərhədinə doğru irəliləyərkən Təbriz şəhərində dayanıb, daha sonra sərhədi keçiblər. Sərhədi keçdikdən sonra onların təhlükəsizliyi diplomatik konvoy vasitəsilə təmin olunub.

Fransanın xarici işlər naziri Jan-Noel Barro bu prosesdə göstərilən dəstəyə görə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təşəkkür edib.

Qeyd edək ki, hadisədən bir neçə gün sonra Yelisey sarayının nümayəndəsi danışıqları davam etdirmək məqsədilə Bakıya səfər edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada