Modern.az

AYNA taksilərlə bağlı məlumata AYDINLIQ GƏTİRDİ

AYNA taksilərlə bağlı məlumata AYDINLIQ GƏTİRDİ

Ölkə

Bu gün, 19:23

Taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Bu barədə Modern.az-a AYNA-dan məlumat verilib. Bildirilib ki, Nazirlər Kabineti tərəfindən aprelin 7-də qəbul edilən 210 nömrəli sərəncam yalnız sifarişli qeyri-müntəzəm sərnişindaşıma sahəsinə aiddir və taksi fəaliyyətini əhatə etmir.

Qeyd olunub ki, sərəncama əsasən, iki ay müddətində təqdim ediləcək təkliflər məhz qeyri-müntəzəm sərnişindaşıma ilə bağlıdır. Bu çərçivədə texniki göstəricilərin, eləcə də nəqliyyat vasitələrinin daxili və xarici tərtibatına dair tələblərin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Açıqlamada xatırladılıb ki, sifarişli sərnişindaşımalara turist və ya rayonlararası sifariş əsasında fəaliyyət göstərən avtobus və mikroavtobuslar, minik avtomobilləri, korporativ servis xidmətləri, eləcə də özəl tədbirlər üçün kirayə edilən nəqliyyat vasitələri daxildir. Bu yanaşmanın yükdaşıma fəaliyyətinə də şamil edildiyi vurğulanıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ