Modern.az

Deşam "Real"a gedir?

Deşam "Real"a gedir?

İdman

Bu gün, 19:44

Fransa millisinin baş məşqçisi Didye Deşam İspaniyanın "Real" klubuna gedə bilər.

Modern.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. 57 yaşlı mütəxəssis "Kral klubu"nun yeni baş məşqçi siyahısında yer alıb. Deşam daha əvvəl 2026-cı il dünya çempionatından sonra Fransa millisindəki vəzifəsindən ayrılacağını açıqlayıb.

Qeyd edək ki, o, 2012-ci ildən Fransa milli komandasına rəhbərlik edir. Təcrübəli mütəxəssis karyerası ərzində Fransada "Marsel", "Monako", İtaliyada isə "Yuventus" klublarını da çalışdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ