“İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Qubadlı rayonu haqqında yeni sayt/bloq //www.mygubadli.wordpress.com/ istifadəyə verib. Modern.az-ın məlumatına görə, sayt/bloq "İRƏLİ"nin “Mənim Qarabağım, Mənim Azərbaycanım” devizi altında həyata keçirdiyi tədbir çərçivəsində yaradılıb.
“İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi bu ilin sonuna qədər Azərbaycanın işğal altında olan bütün rayonlarına həsr olunmuş sayt/bloqlar istifadəyə verəcək. Artıq Şuşa, Laçın, Ağdərə, Ağdam, Füzuli və Cəbrayıl haqqında bloqlar istifadəyə verilib.
Modern.az