Modern.az

Deputatlar ABŞ Konqresinin Qarabağa dair konfransında iştirak edəcəklər

Deputatlar ABŞ Konqresinin Qarabağa dair konfransında iştirak edəcəklər

24 Mart 2011, 12:18

Milli Məclisin deputatları Asim Mollazadə, Ceyhun Osmanl və Rasim Musabəyov ABŞ Konqresində “Dağlıq Qarabağ münaqişəsi” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün martın 23-də Vaşinqtona yola düşüblər.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda münaqişənin tarixi, törətdiyi fəsadlar, problemin həlli ilə bağlı fikir mübadiləsi aparılacaq, mövzu ilə əlaqədar həqiqəti əks etdirən sənədlər təqdim olunacaq.
Səfər zamanı Milli Məclisin deputatları Azərbaycan və Türk diaspor şəbəkələrinin keçirdikləri tədbirlərdə də iştirak edəcəklər.
Səfər martın 30-dək davam edəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat