Modern.az

Sabir Rüstəmxanlı: "Məktəblərəki bu vəıziyyətlə bağlı ölçü götürülsün"

Sabir Rüstəmxanlı: "Məktəblərəki bu vəıziyyətlə bağlı ölçü götürülsün"

Parlament

10 İyun 2011, 12:38

Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı bəzi rayonların ucqar kənd məktəblərində yol verilən qanunsuzluğa diqqət çəkib.
Millət vəkili bildirib ki, şəxsən özü şahidi olub ki, bir sıra ucqar məktəblərdə müəllimlərin adı işdə gedir, özləri isə Bakıda və digər yerlərdə müxtəlif fəaliyyətlə məşğuldurlar.
Deputat bu tendensiyanı ümumtəhsil sahəsi üçün ciddi nöqsan adlandıraraq aidiyyatı orqanlardan ölçü götürülməsini tələb edib.
S.Rüstəmxanlı bildirib ki, adı məktəbdə olan, özü isə başqa yerlərdə işləyən müəllimlərlə direktorlar sövdələşməyə gedərək belə bir qanunsuzluğa yol verirlər. Nəticədə təhsilə, yetişməkdə olan gələcək nəsilə ciddi zərbə vurulur.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat