Modern.az

Vergilər Nazirliyi Milli Məclislə baş-başa gəlir

Vergilər Nazirliyi Milli Məclislə baş-başa gəlir

Parlament

12 İyun 2011, 13:58

Modern.az xəbər verir ki, 12 dövlət qurumunun komandası arasında keçirilən “Parlament kuboku 2011” futbol turnirinin hər iki finalçısı artıq bəllidir.

Bir neçə gün öncə keçirilmiş Milli Məclis və Xarici İşlər Nazirliyinin komandaları arasındakı oyunda turnirin finalında iştirak edəcək ilk komandanın adı məlum olmuşdu.
Milli Məclisin futbol komandası Xarici İşlər Nazirliyinin komandasını yarımfinalda 3:1 hesabı ilə məğlub edərək finala çıxmışdı.

Artıq ikinci yarımfinal oyunu da keçirilib. Vergilər və Səhiyyə nazirliklərinin komandaları arasında keçirilən matç ikinci finalçını müəyyənləşdirib. Vergilər Nazirliyi Səhiyyə Nazirliyinə 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə 14 iyunda saat 18.00-da başlayacaq finalda Milli Məclis Vergilər Nazirliyi ilə qarşılaşacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə