Modern.az

Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq

Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq

1 Avqust 2011, 17:33

Milli Məclisin deputatlarının yay tətili iyul ayının 15-dən avqust ayının 30-dək davam edəcək. Daha sonra bir ay ərzində deputatlar komitələrdə fəaliyyət göstərəcək, qanun layihələrinin müzakirəsilə məşğul olacaqlar. Milli Məclisin payız sessiyası öz işinə sentyabr ayının 30-da başlayacaq. Bu barədə Modern.az saytına Milli Məclisdən məlumat verilib.
Yeri gəlmişkən, tətilə çıxan deputatlardan bəziləri Modern.az-a açıqlamalarında yay istirahətini ölkə daxilində, digərləri xaricdə keçirəcəklərini bildiriblər. Tətilə çıxmalarına baxmayraq, bu günlərdə də seçicilərilə görüşlər keçirdiklərini deyən millət vəkilləri də var.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat