Modern.az

Deputat öz iftarını seçiciləri ilə birgə açıb (FOTOLAR)

Deputat öz iftarını seçiciləri ilə birgə açıb (FOTOLAR)

19 Avqust 2011, 12:14

Avqustun 18-də, Müqəddəs Ramazan ayının 18-ci günü deputat Novruz Aslanov İsmayıllı rayonuna səfər edib. İsmayıllıdakı “Gülüstan” şadlıq sarayında rayon İcra Hakimiyyətinin təşkil etdiyi növbəti  iftar süfrəsində iştirak edən millət vəkili öz seçiciləri ilə 3-cü dəfə belə süfrə arxasında, iftarda görüşüb.
 300 nəfərdən çox sakininin iştirak etdiyi iftar süfrəsinə ətraf kəndlərdən də insanlar təşrif buyurub. Bu, Ramazan ayının başladığı gündən rayonda kütləvi sürətdə keçirilən 3-cü iftar süfrəsidir.

Bundan əvvəl rayonun Lahıc və Diyallı kəndlərində də belə süfrələr təşkil edilmişdi.

“Məlumat üçün bildirək ki, qarşıdakı günlərdə də deputat tərəfindən növbəti iftar süfrəsi təşkil ediləcək”-deyə deputatın qərargahından Modern.az-a bildirilib.





 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat