Modern.az

Milli Məclis jurnalistlərin akreditasiya müddətini uzatdı

Milli Məclis jurnalistlərin akreditasiya müddətini uzatdı

Parlament

19 Sentyabr 2011, 12:06

Milli Məclisdə payız sessiyasının işıqlandırılması məqsədilə jurnalistlərin akreditasiyası üçün təyin olunan vaxt sentyabrın 25-nə kimi uzadılıb. Milli Məclisin mətbuat katibi Akif Təvvəkküloğlu Modern.az-a açıqlamasında bunun səbəbini bir sıra KİV-lərin müracitələrini hələ göndərməmələri ilə izah edib.

“Bəzi jurnalistlər var ki, onlar təyin olunan vaxta qədər müraciət edə bilməyiblər. Ona görə də biz akreditasiya ilə bağlı müddəti 10 gün də uzatdıq. Amma sentyabarın 25-i son vaxtdır və bundan sonra biz edilən müraciətlərə baxıb, qərar qəbul edəcəyik” deyə mətbuat katibi əlavə edib.

Aytən ƏLİYEVA 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat