Modern.az

Şuşa ilə bağlı qanun layihəsi qəbul edildi

Şuşa ilə bağlı qanun layihəsi qəbul edildi

Parlament

27 May 2021, 11:14

Milli Məclisdə Şuşa ilə bağlı qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.

 

Modern.az-ın məlumatına görə, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

 

Qanun layihəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılması, Şuşa şəhəri Dövlət Qoruğunun qorunması və bərpası üçün xüsusi Fondun yaradılması, Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verilməsi kimi məsələlər nəzərdə tutulur.

 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat