Modern.az

Ata-anasız şəhidlərin bacı-qardaşlarına ev verilsin - Deputatdan təklif

Ata-anasız şəhidlərin bacı-qardaşlarına ev verilsin - Deputatdan təklif

29 Oktyabr 2021, 11:29

Deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında şəhid ailələri ilə bağlı məsələni gündəmə gətirib.

 

Modern.az xəbər verir ki, deputat ata anaları vəfat edən şəhidlərin bacı-qardaşlarının mənzillə təmin edilməsini təklif edib:

 

"Elə şəhidlərimiz var ki, ata-anaları rəhmətə gedib. Onların bacı- qardaşları var. Bacı- qardaşlar da onların himayəsində idi. Ancaq mənzil məsələsi, müavinətlər onlara şamil edilmir. Bu ailələrin sayı çox deyil. Onları nəzərə almaq lazımdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?