Modern.az

Naxçıvana bilet problemi Milli Məclisdə qaldırıldı: “Hökumət ciddi düşünməlidir”

Naxçıvana bilet problemi Milli Məclisdə qaldırıldı: “Hökumət ciddi düşünməlidir”

17 İyun 2022, 11:13

“Hazırda ölkəmizdə ən çox müzakirə edilən məsələlərdən biri Naxçıvana aviabiletlərin qiymətinin artırılmasıdır. 

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk plenar iclasında deputat Fazil Mustafa danışıb. O qeyd edib ki, avtomobillə İrandan keçərək Naxçıvana getmək əvvəllər ucuz idisə, indi bahadır: 

 

"Təyyarə biletlərinin çoxu turizm şirkətlərinə satılır, bundan əziyyət çəkən yerli əhalidir. Nəqliyyat xərci əhali üçün ciddi problemə çevrilir. Bunu hökumət ciddi düşünməli, həll yolu tapmalıdır”.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!