Modern.az

Azərbaycan, Türkiyə və İran spikerləri GÖRÜŞƏCƏK

Azərbaycan, Türkiyə və İran spikerləri GÖRÜŞƏCƏK

8 Yanvar 2023, 21:52

Azərbaycan, Türkiyə və İran parlamentinin spikerləri arasında üçtərəfli görüş keçiriləcək. 

 

Modern.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf məlumat verib.

 

O, Türkiyə Böyük Millət Məclisinin sədrinin dəvəti ilə Türkiyəyə səfər edəcəyini deyib. Üçtərəfli görüşün Antalya şəhərində keçiriləcəyi qeyd olunur.

 

Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında iştirak etmək üçün Türkiyə Respublikasının Antalya şəhərinə səfər edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi