Modern.az

Çex deputatlar Ağdama səfər edib

Çex deputatlar Ağdama səfər edib

Parlament

21 İyun 2023, 23:29

Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti Ağdama səfər ediblər.

 

Modern.az xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında paylaşıb.

 

Qeyd olunub ki, onlar dağıntılar və ərazidə aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə