Modern.az

Kurtulmuş Sahibə Qafarovaya zəng etdi, başsağlığı verdi

Kurtulmuş Sahibə Qafarovaya zəng etdi, başsağlığı verdi

29 Sentyabr 2023, 14:46

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında yazıb.

 

O, parlamentin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

 

“Azərbaycanın dəyərli millət vəkili Qənirə Paşayevanın vəfat xəbərindən kədərləndim. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya başsağlığı verdim. Mərhum millət vəkilinə Allah rəhmət eləsin, ailəsinə və qardaş Azərbaycana başsağlığı verirəm”, - Kurtulmuş bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə