Modern.az

Bakıda beynəlxalq konfrans keçirilir 

Bakıda beynəlxalq konfrans keçirilir 

Parlament

1 Oktyabr 2023, 09:11

Bakıda Beynəlxalq Astronavtika Federasiyasının (IAF) Nazirlər və parlament üzvləri üçün (MMOP) 13-cü beynəlxalq konfrans keçirilir.

 

Modern.az xəbər verir ki, konfrans “Kosmik həllərin siyasi gündəmə daxil edilməsi – siyasətçilər üçün vacibdir” mövzusunda keçirilir.

 

Milli Məclisim ev sahibliyi etdiyi iclasda Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri və digər şəxslər iştirak edirlər.

 

Tədbir iştirakçıları 3 panel mövzuda müzakirələr aparacaqlar. Birinci panel “İctimai xidmətlərin təkmilləşdirilməsində kosmik həllər”, ikinci panel “Fəlakətlər və risk üçün kosmik həllər”, üçüncü panel isə “Resursların idarə edilməsində kosmik həllər” adlanır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi