Modern.az

Bu şəxslər kursant adlandırılacaq - Qanun dəyişir

Bu şəxslər kursant adlandırılacaq - Qanun dəyişir

2 Oktyabr 2023, 16:21

Daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslər kursant adlandırılacaq.


Modern.az xəbər verir ki, bu,bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Polis haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.


Layihə daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslərin digər xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan şəxslər kimi kursant adlandırılması məqsədilə hazırlanıb.


Qanun layihəsi müzakirədən sonra birinci oxunuşda qəbul olunub.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə