Modern.az

Azərbaycanla Qazaxıstan arasında dənizçilərin diplomları qarşılıqlı tanınacaq

Azərbaycanla Qazaxıstan arasında dənizçilərin diplomları qarşılıqlı tanınacaq

13 May 2024, 14:08

Azərbaycanla Qazaxıstan arasında dənizçilərin diplomları qarşılıqlı tanınacaq.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək onlayn iclasında müzakirə olunan “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

 

Bununla iki ölkə arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının qarşılıqlı tanınması aparılacaq. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır