Modern.az

Milli Məclis 2014-cü ilin dövlət büdcəsini təsdiqlədi

Milli Məclis 2014-cü ilin dövlət büdcəsini təsdiqlədi

Parlament

22 Noyabr 2013, 12:21

 

Modern.az saytının məlumatına görə, Milli Məclis 2014-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrini bu günkü iclasında təsdiqləyib. Azərbaycan Milli Məclisi 2014-cü ilin dövlət büdcəsi layihəsini təsdiqləyib. Layihənin lehinə 100, əleyhinə isə iki deputat səs verib.
Qeyd edək ki, 2014-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi üçün Milli Məclis 3 gün dalbadal – noyabrın 12, 13, 14-də iclas keçirib.

Büdcə paketinə “2014-cü il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında”, “2014-cü il üçün yaşayış minimumu haqqında”, “2014-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında” qanun layihələri daxildir.

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, növbəti il üçün dövlət büdcəsinin gəlirləri 18,384 milyard manat (2014-cü il üçün proqnozlaşdırılan ÜDM-in 31,4 faizi), xərclər 20,063 milyard manat (ÜDM-in 34,3 faizi) səviyyəsində proqnozlaşdırılır.

Gələn ilin dövlət büdcəsinin zərfində Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləği artırılıb.

2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat,  pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat olacaq.

“2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanunda isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 100 manata çatdırılıb. 

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?